Türkiyənin daxili işlər naziri Süleyman Soylu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi və Aİ-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrut ilə Türkiyə-İran sərhədinə gedib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Soylu Türkiyə-İran sərhədində yoxlamalar aparmaq üçün Van bölgəsinə səfər edib.
Onlar helikopterlə Çaldıran-İran sərhədində tikilən təhlükəsizlik divarı, xəndək və təhlükəsizlik yolunu, uğurlu əməliyyatlarla terrordan təmizlənən Tendürek dağı bölgəsinə baxış keçiriblər.
Ağarza Elçinoğlu