İsrail ordusu qadınların sərhəddə tank operatoru kimi xidmət etməsinə rəsmən icazə verib .
"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koçavinin bildirib. Onun sözlərinə görə , qadınların zirehli korpusda döyüş mövqelərinə inteqrasiyası üzrə pilot layihə uğurla başa çatıb və bu o deməkdir ki, bundan sonra qadınlar İsrail sərhədlərinə daimi olaraq tank operatoru kimi göndərilə bilərlər.
Koçavi bu qərarı qadın döyüşçülərin “sınaqdan keçdikləri bütün məqsədlərə nail olduqları” yoxlama prosesindən sonra verib.
Məlumata görə, qadınların İsrail zirehli korpusuna tank operatoru kimi inteqrasiyası prosesi 2019-cu ildə ravvinlərin təzyiqi ilə dondurulduqdan sonra iki il əvvəl bərpa edilib. Onlar əsasən Misirlə sərhəddə yerləşdiriləcək , lakin Qəzza ilə sərhəddə və şimalda da yerləşdirilə bilər.
Gültəkin Ələsgər