İtaliyanın Milan şəhərində futbolçu bıçaqlanıb.
"Unikal" xəbər verir ki, ölkənin cənubunda yerləşən ticarət mərkəzində bir nəfər 5 nəfəri bıçaqlayıb. Bıçaqlanan şəxslərdən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yaralılardan biri də "Arsenal"dan Monzaya icarəyə verilən futbolçu Pablo Maridir.
İtaliyanın şimal bölgəsində, Milan şəhərində ticarət mərkəzində bıçaqlı hücum olub. 5 nəfərin bıçaqlandığı hadisədə yaralılardan biri dünyasını dəyişib.
Polis şübhəli kimi gördükləri 46 yaşlı italyanı saxlayıb.
Məlumatına görə, xəsarətlərdən dünyasını dəyişən şəxs supermarketin işçisidir. Yaralananlar arasında "Arsenal"dan A Seriyasının "Monza" klubuna icarəyə verilən ispaniyalı futbolçu Pablo Marinin də olduğunu bildirib. Mari və digər 2 yaralının vəziyyətinin "ağır" olduğu bildirilib.
İddiaya görə, hücum yerli vaxtla saat 18:30 radələrində baş verib.
Hücumların səbəbi hələlik məlum deyil. İtaliya rəsmiləri bildiriblər ki, terrorizmi nəzərdə tutan heç bir şey yoxdur.
Gültəkin Ələsgər