Rusiyanın Sankt-Peterburq vilayətində əcnəbilərin miqrasiya qeydiyyatı ilə bağlı saxta sənədlər hazırlamaqda şübhəli bilinən Kolpino şəhərindən olan deputat Viktor Danişevski və onun əlaltıları həbs edilib.
"Unikal" xəbər verir ki, Danişevski noyabrın 28-dək istintaq təcridxanasına göndərilib.
İstintaqın məlumatına görə, deputat üç il ərzində Rusiyada yüz mindən çox əcnəbini qeyri-qanuni qeydiyyata salan cinayətkar birlik yaradıb. Qanuniləşdirmə üçün 30-35 min pul alıblar. Həmçinin, kriminal birliyin üzvləri Sankt-Peterburqda bir neçə əxlaqsızlıq yuvası təşkil edib və orada miqrant qızlara işləmək təklif olunub.
İstintaq zamanı deputatın şəriki olmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Deputatın, özü hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənməyə çalışsa da, Ryazan vilayətində aşkarlanıb.
Əməliyyatçılar təqsirləndirilən şəxslərin evlərində və iş yerlərində 30-a yaxın axtarış aparıb, nəticədə onlardan travmatik silahlar, kompüter avadanlıqları, təşkilatların möhürləri və sənədləri aşkar edilərək götürülüb. Miqrantların sənədlərinin ləğvi ilə bağlı işlərə başlanılıb.
Ağarza Elçinoğlu