Astanada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin baş nazirlərinin iclası başlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, tədbir başlamazdan əvvəl hökumət başçıları Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüblər. İclasın dar və geniş tərkibdə keçirilməsi və nəticədə bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Məlumata görə, tədbir zamanı hökumət başçıları ondan çox məsələni müzakirə edəcəklər. Onların arasında MDB-də iqtisadi əməkdaşlıq, səhiyyə sahəsində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, Birlik dövlətlərinin kimya kompleksi sənayesinin rəqəmsal transformasiyası və MDB orqanlarının fəaliyyətinə maliyyə dəstəyi daxildir.
Qeyd edək ki, iclasda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edir.
Ağarza Elçinoğlu