"Onlar (ABŞ - red.) heç utanmadan çıxıb dedilər ki, Qasım Süleymaniyə sui-qəsdi biz etdik".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
Onun sözlərinə görə, amerikalılar general Süleymaniyə sui-qəsd etdilər:
"Biz onunla qardaşdıq. Onu öldürdülər və bəli, dedilər ki, biz etmişik. Bu nədir, Biz harada yaşayırıq?".
Qeyd edək ki, 2020-ci ilin yanvarın ikisindən üçünə keçən gecə İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı , general Qasim Süleymani İraqlı silahdaşı ilə birgə Bağdad hava limanı ətrafında ABŞ Ordusu tərəfindən terrora məruz qalıb. ABŞ prezidenti Donald Tramp terror aktından dərhal sonra bu hücumla bağlı göstərişin şəxsən onun tərəfindən verildiyini və ABŞ Ordusu tərəfindən icra edildiyini bildirib.
Gülayə Mecid