Cənubi Koreya ordusu KXDR ərazisindən Yapon dənizinə doğru iki qısamənzilli ballistik raketin buraxıldığını açıqlayıb.
"Unikal" Yonhap agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələri bəyanat yayıb.
Şimali Koreyanın raketləri, ehtimal ki, yeni raket sınaqları zamanı, Qanqvon əyalətindəki Tonqçeon ərazisindən buraxılıb.
Cənubi Koreya ordusunun bəyanatında deyilir: "Nəzarət və sayıqlığı artıraraq, ordumuz Birləşmiş Ştatlarla sıx əməkdaşlıq edərək tam hazır vəziyyətdədir".
Ağarza Elçinoğlu