La-Manş sahilindəki Cersi adasında göyərçinlərdə zombilərə çevrilən xəstəlik aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Məlumata görə, quşlar paramiksovirusdan təsirlənir: "Bu infeksiya göyərçinlər üçün təhlükəlidir, lakin digər növlərin nümayəndələrinə ötürülmür. Xəstəliyin təzahürlərindən biri nevrolojidir: yoluxmuş heyvanlarda boyun əyilmiş, qanadlarda titrəmə və koordinasiya ilə bağlı problemlər müşahidə olunur".
Bildirilib ki, virus sağalmazdır və tez yayıldığı üçün bütün xəstə göyərçinlər evtanizasiya edilməlidir.
Ağarza Elçinoğlu