Ermənistanla Azərbaycan arasında sərhəd Müstəqil Dövlətlər Birliyinin (MDB) fundamental sənədlərinə uyğun olaraq çəkilməlidir ki, bu da öz növbəsində SSRİ respublikalarının sərhədlərini əks etdirir.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Biz hesab edirik ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlər MDB-nin fundamental sənədlərinə əsaslanmalıdır, ona əsasən sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlərin, o cümlədən Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinə çevrilib", - Simonyan MDB Parlamentlərarası Assambleyasının Səmərqənddə keçirilən iclasında deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün prioritet vəzifədir. Spikerin sözlərinə görə, İrəvan artıq problemli məsələlərin həllinə konstruktiv yanaşma nümayiş etdirib və indi Bakıdan müvafiq addımlar gözləyir.
Ağarza Elçinoğlu