Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşması üçün əlindən gələni edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin onlayn rejimdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində çıxış edib.
"Əlbəttə, biz Rusiyaya yaxın dövlətlər arasında problem və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə hər zaman töhfə verməyə hazırıq" - Putin bildirib.
Rusiya lideri vurğulayıb ki, sülhə aparan yeganə yol tərəflərin birgə bəyanatlara ciddi riayət etməsidir:
"Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, kommunikasiyaların bağlanması, humanitar məsələlərin həlli ilə biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına nail ola bilərik".
Gülayə Mecid