İsrail Mərkəzi Seçki Komissiyası 25-ci çağırış Knesset (parlament) seçkilərində səslərin hesablanmasını başa çatdırıb.

"Unikal" xəbər verir ki, ölkənin keçmiş baş naziri Benyamin Netanyahunun partiyası qalib gəlib.

Seçkilərin nəticələrindən sonra Netanyahu koalisiya yarada bilər.

Seçkilərin nəticələrinə görə ən böyük beş fraksiya:

Benyamin Netanyahunun "Likud" partiyası - 32 deputat mandatı;

Yair Lapidin rəhbərliyi altında hakim "Yeş Atid" partiyası - 24 yer;

İfrat sağçı "Dini sionizm" bloku - 14 mandat;

Müdafiə naziri Benni Qantsın "Dövlət Düşərgəsi" bloku - 12 yer;

Ultra-pravoslav "Şas" partiyası - 11 deputat.

Son 30 ildə ilk dəfə solçu Meretz partiyası İsrail parlamentində mandat qazana bilməyib.