İranda Şərif Texnologiya Universitetinin rektoru bu günlərdə universitetə girişin qadağan edildiyini, tələbələrdən təhsil ocağına gəlməməyi xahiş edib. 

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, doktor Rəsul Cəlili bu gün səhər verdiyi açıqlamada səbəbin baş verən iğtişaşlarla bağlı olduğunu bildirib. 

O dedi: Bu hadisələr universitetə ​​ziyan vurdu. Şərif Universitetinə dəyən ən böyük ziyan tədris ilinin birinci yarısında təhsilə dəyən ziyan və təhsil mühitinə təsirləri oldu.

"Bəzi tələbələr göndərdikləri mesajlarda dərslərin niyə virtual olduğunu soruşublar. Baş verən hadisələrdən sonra biz universitetdə daha ehtiyatlı olmalı, optimal qərar qəbul etmək üçün bütün aspektləri nəzərə almalıydıq", - rektor əlavə edib. 

Qeyd edək ki, universitetin 11000 tələbəsi var və onlar dünənki iğtişaşlarda fəal iştirak ediblər. 

Ağarza Elçinoğlu