Yaponiya və Böyük Britaniyanın baş nazirləri Ukraynaya dəstəyi artırmaq və Rusiyaya qarşı sanksiyaları saxlamaq barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, Fumio Kişida və Rişi Sunak bununla bağlı telefon danışığı aparıblar. Bu barədə “Japan Today” məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynaya davam edən işğalı, eləcə də Çin və Şimali Koreyanın artan hərbi fəaliyyəti fonunda hər iki lider ikitərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Sunak və Kişida təsdiqləyiblər ki, Yaponiya və Britaniya sazişin tezliklə bağlanması üçün danışıqları sürətləndirəcək və bu, onların silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığı gücləndirəcək.

Eyni zamanda, Yaponiya və Böyük Britaniyanın baş nazirləri qırıcı təyyarələrin yaradılması üzrə birgə işi dərinləşdirmək barədə razılığa gəliblər.

Gültəkin Ələsgər