Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynibulaq kəndi ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Abbasov Əhəd Balamirzə oğlunun öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.