Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
"Unikal" xəbər verir ki, hadisə 1-ci mikrorayon bina 6A, mənzil 7 ünvanında baş verib.
2004-cü il təvəllüdlü Aysun Xudaverdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Pasientə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 18 yaşlı qız yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.