Qubada yol kənarından silah tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.