Tovuzda maşın piyadanı vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, noyabrın 10-da səhər 6:30 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımına Bakı-Qazax-Gürcüstan avtomagistralının 439-cu kilometrliyində piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparmaqla nəqliyyatın hərəkətini bərpa ediblər. Araşdırmalar zamanı məlum olub ki, Tovuz rayon sakini Fərhad Əliyev özünə məxsus “KİA” markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən Tovuz rayon sakini, 1957-ci il təvəllüdlü Vəli Hüseynovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.