Bakıda yaşayış binasında yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında baş verib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib.

Əlavə məlumat veriləcək.