Livan parlamenti ardıcıl beşinci dəfə ölkə prezidentinin təyin edilməsinə səs verə bilməyib.

"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" nəşri məlumat yayıb. 

"Livan parlamenti cümə axşamı günü yeni prezidenti seçə bilmədi, çünki siyasi partiyalar bu vakant yeri tutacaq şəxslə bağlı hələ razılığa gəlməyiblər", - KİV qeyd edib.  

Bildirilir ki, seçkilərdə iştirak edən namizədlərdən heç biri lazımi səs çoxluğunu toplaya bilməyib.

Gülayə Mecid