Azərbaycan iranlı narkotaciri “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib.

"Unikal" xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Tohid Ahmedzadehdehghan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və onun saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.