Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qaraməmmədli kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov