Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.