Yasamalda marketdən 3714 manat dəyərində siqaret oğurlayan şəxs saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Mətbuat prospektindəki marketlərin birindən 3714 manat dəyərində tütün məmulatı və 150 manat pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Babək İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.