Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bali adasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə sözügedən məlumatları yalanladıqdan sonra video yayıb.
O, xəstəxanaya yerləşdirilmədiyini, oteldə olduğunu və G20 sammitinə hazırlaşdığını deyib.
"Mən oteldə sabahkı sammit üçün materialları oxuyuram", - nazir bildirib.
Qeyd edək ki, Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbərini "Bloomberg" və AP İndoneziya rəsmilərinə istinadən yayıblar.
Ağarza Elçinoğlu
xxx
13:20
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə keçirilən G20 sammitinə gəldikdən sonra xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Bildirilib ki, Rusiyanın XİN rəhbəri səhhətində problem yarandığı üçün xəstəxanaya aparılıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə nazir Sergey Lavrovun İndoneziyanın Bali adasında xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib. O, bu barədə brifinq zamanı məlumat verib. Zaxarova həmin xəbəri saxta məlumat adlandırıb.