Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı minik avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı hasara daha sonra evə çırpılıb. Qəzada sürücü yüngül xəsarət alıb. Avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov