ABŞ prezidenti Cozef Bayden Polşaya edilən raket hücumundan sonra Bali adasında dünya liderləri ilə təcili toplantı keçirir.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

Məlumata görə, iclasda prezidentlə yanaşı, ABŞ dövlət katibi Entoni Blinken də iştirak edir. 

Bundan əlavə, Baydendən başqa dünya liderlərindən Almaniya, Böyük Britaniya, Fransa, Kanada, Aİ, İspaniya və Yaponiyanın başçıları da masa arxasında oturublar.

Ağarza Elçinoğlu