İlkin məlumatlar Polşaya düşən raketin Rusiyadan atılması faktını təkzib edir. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib. 

"İlkin məlumatlara görə, bu təkzib olunur. İstintaq tam başa çatana qədər bunu demək istəmirəm, lakin trayektoriya baxımından onun Rusiyadan atılması ehtimalı azdır. Amma görəcəyik", - ABŞ lideri Balidə dünya liderləri ilə görüşdən sonra jurnalistlərə açıqlayıb.

Bayden əlavə edib ki, o, Polşadakı raket insidentinin dəqiq şərtlərini öyrənmək və bundan sonra hansı addımların atılacağına qərar vermək niyyətindədir. 

Ağarza Elçinoğlu