Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Seyran Cahangirov saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.