Moskvada hava limanlarında və aviaşirkətlərdə terror aktları təhlükəsinin maksimum üçüncü səviyyəsi elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri  məlumat yayıb. 

Bildirilir ki, bununla bağlı daşıyıcı şirkətlərə və hava limanlarına məktub ünvanlanıb. Yeni təhlükə səviyyəsinə uyğun olaraq əlavə təhlükəsizlik tədbirlərinin görülməsi barədə göstəriş verilib.