Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib.

Bildirilib ki, Rusiyadan Polşa ərazisinə iki raketin düşməsi ilə əlaqədar rus diplomata etiraz notası təqdim edilib.