Noyabrın 16-da G20 sammitinin bağlanışında İndoneziya prezidenti Coko Vidodo G20-nin sədri titulunu Hindistanın baş naziri Narendra Modinə təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə "CNN Indonesia" məlumat yayıb. 

"Mən G20-nin sədri olacaq Hindistanı təbrik etmək istərdim. Qlobal bərpa və inklüziv artımı həyata keçirmək və saxlamaq mandatı Zati-aliləri Baş Nazir Narendra Modinin əlindədir”, - İndoneziya Prezidenti G20-nin Balidə keçirilən son sessiyasında bildirib.

İndoneziya Hindistanın 2023-cü ildə G20-yə sədrliyini dəstəkləməyə hazırdır.

Gülayə Mecid