Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.  

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü  xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov