Bakıda 83 yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsal Əliyev idarə etdiyi avtomobillə 1939-cu il təvəllüdlü Ağaməli Nağıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.