Samuxda zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nəbiağalı kəndidə baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Mehdi Səmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Pasiyentə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 39 yaşlı kişi yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Tural Əhmədov