Xudatda avtomobil təmir sexində yanğın hadisəsi baş verib.
"Unikal" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (1-ci mərtəbəsi avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin tavanı 36 m² sahədə və içərisində təmirə dayanan “BMW” markalı minik avtomobilinin salonu yanıb. Yüksək temperaturdan “Mercedes” markalı minik avtomobilinin buferi əriyib. Obyektin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.