Şəmkirdə Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Elməddin Əhmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Zəyəm kəndində qeydə alınıb.
Artezian quyusuna elektrik xətti çəkən zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.