Ağdam rayonunun Üçoğlan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.