Leninqrad vilayətində qaz kəmərində baş verən açıq yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***17:56

Sankt-Peterburq yaxınlığındakı qaz kəmərində partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. 

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb. 

Məlumata görə, hazırda ərazidəki yanğın söndürülür. Ölən və yaralanan barəsində məlumat yoxdur. 

Partlayışın baş vermə səbəbləri araşdırılır.