Şəkidə mikroavtobus aşıb, sürücü ağır xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Baş Göynük kənd ərazisində baş verib.
Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Asiman Azad oğlu Ədilov idarə etdiyi “Mersedes-Vito” markalı mikroavtobusla hərəkətdə olarkən, avtomobilin təkəri partlayıb və nəticədə mikroavtobus aşıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan sürücü A. Ədilov Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. A. Ədilovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli