Moskvanın Komsomolskaya meydanındakı anbarda baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.

"Unikal"  xəbər verir ki, bu barədə  Rusiya KİV-ləri məlumat yayıb. 

00:50

Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 5-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bir nəfərin taleyi barədə məlumat yoxdur.

00:10

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 3-ə çatıb.

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər daha bir nəfərin meyiti aşkarlayıb.

22:55

Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğında iki nəfər ölüb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yanğınsöndürənlər gül anbarında baş vermiş yanğın nəticəsində ölən iki nəfərin cəsədini aşkar ediblər”, - deyə bildirib.