Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi Rusiyanı nüvə obyektinə hücumla bağlı xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, MAQATE-dən verilən yazılı açıqlamada Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye və ətrafında ötən gün baş verən çoxlu sayda partlayışla bağlı qiymətləndirmə aparılıb.

Açıqlamada həm AES-in yerləşdiyi əraziyə, həm də ətrafına onlarla bombanın düşdüyü vurğulanıb və mütəxəssislərin partlayışları görə bildiyi qeyd edilib.

"Siz odla oynayırsınız” - deyə  Qrossi Rusiyaya sərt xəbərdarlıq edib.