Misir və Türkiyə arasında ikitərəfli münasibətlərin inkişaf mərhələsi  bu ölkələrin prezidentləri Əbdülfəttah əs-Sisi və Rəcəb Tayyib Ərdoğanın görüşündə başlayacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Misir dövləti başçısının ofisinin rəsmi nümayəndəsi Bassam Rada bildirib. 

“Misir prezidenti Əbdülfəttah əs-Sisi iki ölkəni, Misir və türk xalqlarını birləşdirən tarixi əlaqələrin dərinliyinin qarşılıqlı təsdiqi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əl sıxıb”, - deyə məlumatda bildirilir.

Radanın məlumatına görə, tərəflər bunun dövlətlər arasında ikitərəfli münasibətlərin inkişafının başlanğıcı olacağına qərar veriblər.

Əl-Sisi və Ərdoğan Qətərdə keçirilən futbol üzrə dünya çempionatının başlaması münasibətilə keçirilən mərasimdə ilk görüşlərini keçiriblər. Onlar bir-birini salamlayıb, əl sıxdılar.

Türkiyə ilə Misir arasındakı münasibətlər 2013-cü ildə hərbi islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib . Bundan sonra tərəflər səfirlərini geri çağırıblar.

Ərdoğan dəfələrlə əs-Sisini “tiran” adlandırıb. 

Gültəkin Ələsgər