Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə təcili telefon danışığı apardığını bildirib.

"Unikal" xəbər verir ki, bunu Fransa lideri Moldovaya dəstək konfransında deyib:

“Bu gün Zelenski ilə təcili telefon danışığım olub".

O vurğulayıb ki,  Ukraynada vəziyyət “çətin olaraq qalır”: ölkə “bombalanmaqda davam edir, Zaporojye atom elektrik stansiyasında təhlükə qalmaqdadır”.