Beyləqanda 61 yaşlı qadın intihara cəhd edib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Kənd sakini, 1961-ci il təvəllüdlü Səlbi Rəhimova özünü yaşadığı evin həyətindəki ağacdan iplə asmağa cəhd edib. Hadisədən xəbər tutan ailə üzvləri onun həyatını xilas edə bilin.
S. Rəhimova Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.