Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun mərkəzində  qeydə alınıb. Hərəkətədə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1989-cu il təvəllüdlü Elşad Qurbanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov