İmişlidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ağaməmmədli kənd ərazisindən
keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə
olarkən qarşısına çıxan itlə tülkünü vurub. Bu zaman avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsu hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayon sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.