Masallıda ev yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı şəhərində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 69 m² sahədə və dam örtüyü 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.