Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.
"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Abşeron rayonunun Novxanı kəndində isə ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə yanıb, yüksək temperaturdan tavanı 60 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.