Sumqayıtda intihar hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü İsabalayev Samir Həzrət oğlu özünü yaşadığı evdən asıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.