Rusiya müharibənin 278-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 177 helikopteri, 2572 PUA-sı, 390 zenit-raket kompleksi, 6866 tank və digər zirehli texnikası, 904 reaktiv yaylım atəş sistemi, 3624 artilleriya və minaatanı, 7395 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - məlumatda qeyd olunub.